Deputatların yeni il PLANI – Bayramı harada keçirəcəklər?
Yeni ilin gəlişinə sayılı günlər qalıb. Deməli, bayramı necə, harada keçirmək haqqında düşünməyin zamanı gəlib. Artıq bir çox insan barədə plan quranlar da var. Sfera.az xəbər verir ki, Bizim.Media deputatlarımızdan bayramı harada, necə keçirəcəkləri ilə bağlı planlarını soruşub. Beləliklə: Aqil Abbas: “Mən bütün bayramları, o cümlədən də Yeni ili ailəmlə evimdə keçirirəm. Bu, həmişə belə olub, belə də olacaq. Bayramı adam evində keçirər. Ola bilsin, qohumdan, bacı-qardaşdan kimlərsə qonaq