Ərdoğan güc strukturlarının rəhbərləri ilə görüşəcək

Ərdoğan güc strukturlarının rəhbərləri ilə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə vəziyyəti və PKK terror təşkilatının fəallığını müzakirə etmək üçün bu gün Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan ilə görüşəcək. 
Oxu.Az "Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan, həmçinin baş nazir Əhməd Davudoğlu və Türkiyə HQ Baş Qərərgahının rəhbəri Hulusi Akar ilə də görüşəcək.
Son aylarda Türkiyənin cənubi-şərqində PKK yaraqlılarının hərbi hissələrə və polis bölmələrinə hücumlarının sayı artıb.  
2015-ci ildə PKK ilə toqquşmalar nəticəsində Türkiyədə 200-dən çox hərbçi həlak olub.

OXŞAR XƏBƏRLƏR