Prezident Bilal Ərdoğanı qəbul edib

Prezident  Bilal Ərdoğanı qəbul edib
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

Sfera.az xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışdığını məmnunluqla qeyd edib.

 

Söhbət zamanı Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final mərhələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirildi, milli idman oyunlarının inkişaf etdirilməsi istiqamətində ölkələrimizin əməkdaşlığının önəmi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...