“O ayaqqabıları niyə bəyənmirlər?” - Prezident məmurları danladı - VİDEO

“O ayaqqabıları niyə bəyənmirlər?” - Prezident məmurları danladı -  VİDEO

Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Sfera.az-ın məlumatına görə, prezident İlham Əliyev tədbirdə məmurlara yerli istehsallara üstünlük verməyi tövsiyə edib:

"Ölkədə yüzlərlə mebel şirkəti var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır".  

Prezident daha sonra qeyd edib ki, bəzi hərbi qurumlar Azərbaycan istehsalı olan ayaqqabıları bəyənmir: "Mənə ölkəmizdə istehsal olunan ayaqqabı göstərdilər. Görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bəzi hərbi qurumlar bunu bəyənmir, xaricdən ayaqqabı alırlar. Bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik".


OXŞAR XƏBƏRLƏR

Qurbanlıq heyvanı onlayn qaydada almaq mümkündür - VİDEO

"Artıq bazara gedib vaxt itirməyə ehtiyac yoxdur. Qurbanlıq heyvanı onlayn sifariş ilə də ala bilərsiz".   Sfera.az  Xəzər TV-yə ...

SSRİ-ni tərk edən məşhur artist vəfat etdi - FOTO

Son illər İsraildə yaşayıb-yaratmış məşhur xoreoqraf Valeri Panov 86 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə "Ashdo...

Oğurluq edən 4 nəfər saxlanıldı

Nəsimi rayonunda yerləşən iki mağazada oğurluq hadisəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, obyektlərdən ümumi dəyəri 435 manat olan qızıl-...

“Rusiya sülhə hazır deyil” - Zelenski buna əmindir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə planlaşdırılan liderlər zirvəsi öncəsi yeni atəşkəs təklifi ilə çıxış edib. O, Rusiyaya müvəqqəti atəşkəs çağır...

"Bayquşlar" evimizi yıxdı, qapazı qoyasan ağızlarının üstünə"

Aktrisa Zülfiyyə Qurbanova paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, sosial şəbəkədə hesabında bəzi insanları hədəf alıb. &nb...

DTX və DMX-dən BİRGƏ ƏMƏLİYYAT - Qanunsuz dini yığıncaq keçirən əcnəbilər ölkədən ÇIXARILDI

Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsi...