Logo

Prezidentin məmurlara tövsiyə etdiyi maşın - Fotolar

Prezidentin məmurlara tövsiyə etdiyi maşın - Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib.

“Naxçıvanda avtomobil zavodu var. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-, deyə ölkə başçısı bildirib.

Sfera.az azvision.az-a istinadən prezidentin məmurlara tövsiyə etdiyi avtomobil haqda məlumatları oxuculara təqdim edir:

Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalayıb.

Prezidentin məmurlara tövsiyə etdiyi maşın - Fotolar

Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olunur.

Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib. Zavod 2,6 hektar ərazidə yerləşir.

Prezidentin məmurlara tövsiyə etdiyi maşın - Fotolar

Zavod 4 ban növündə avtomobil istehsal edir: Premium, Sedan, Suv, Mini.

Hazırda NAZ-ın satışa çıxardığı avtomobil modelləri bunlardır:

LIFAN 330

LIFAN 320 MINI

LIFAN X60 SUV

LIFAN X50 SUV

LIFAN 630

LIFAN 620

LIFAN 820 PREMIUM

LIFAN720 PREMIUM

Prezidentin məmurlara tövsiyə etdiyi maşın - Fotolar

“NAZ Lifan” avtomobillərinin qiyməti markasından asılı olaraq 7-20 min manat civarındadır. Zavodun istehsal gücü ildə 5 min ədəddir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR