Logo

Artur Rasizadə hələ də komissiya sədridir

Artur Rasizadə hələ də komissiya sədridir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Keçmiş Baş nazir Artur Rasizadə İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri olaraq qalır.

Sfera.az-ın oxu.az-a istinadla məlumatına görə, Prezident Administrasiyasının saytındakı Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Komissiya və Şuralar bölməsindəki siyahıda Artur Rasizadənin adı hələ də qalır.

Adıçəkilən komissiya 1999-cu ilin 11 fevralında o zamankı Prezident Heydər Əliyevin fərmanı ilə yaradılıb.

Qeyd edək ki, A.Rasizadə 1996-cı il iyulun 20-də Baş nazir postuna gətirilib.

O, 2018-ci il aprelin 21-nə qədər bu vəzifədə qalmaqla, ən uzunmüddətli Baş nazir kimi Azərbaycan tarixinə adını yazdırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR