Küveyt XİN başçısı: “Suriyada münaqişənin həllinin hərbi yolu yoxdur”

Küveyt XİN başçısı: “Suriyada münaqişənin həllinin hərbi yolu yoxdur”

"İnanırıq ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatına sədrliyi dövründə bu beynəlxalq təşkilata müdrikliklə rəhbərlik edəcək”.

Sfera.az-in APA-ya istinadla xəbərinə görə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Küveyt baş nazirinin müavini və Xarici İşlər başçısı Şeyx Sabah Xalid Al Hamad Al Sabah deyib.

O, Azərbaycan Prezidentinə qonaqpərvərliyə görə təşəkkür edib.

 

Küveyt XİN başçısı bildirib ki, son illər dünyada böhranlar yaşanır: "Bu zaman Qoşulmama Hərəkatı daha balanslı yanaşmanın tətbiqini mümkün edib və üzv ölkələr öz siyasətlərində Bandunq prinsiplərinə sadiq olub. Biz Fələstin probleminin həllində daha fəal olmalı, bu problemin həllinə töhfə verməliyik”.
Küveyt rəsmisi bildirib ki, ölkəsi Suriyada münaqişənin həllinin hərbi yolu olmadığına tam əmindir. "Bu münaqişənin sülh yolu ilə BMT-nin qətnamələri çərçivəsində siyasi həlli yolu var. Biz Suriya dövlətinin suverenliyinə qarşı hücumları pisləyirik və bu ölkədə sülhün bərqərar olmasını dəstəkləyirik”, - o deyib.

Şeyx Sabah Xalid Al Hamad Al Sabah Yəməndəki vəziyyətə toxunaraq bildirib ki, onun ölkəsi Yəmənlə bağlı qəbul olunan Stokholm razılaşmasının icrasının tərəfdarıdır.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...