Mehriban Əliyevadan Putinə təşəkkür məktubu

Mehriban Əliyevadan Putinə təşəkkür məktubu
 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

Sfera.az-ın məlumatına görə, məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətimə verdiyiniz yüksək qiymətə və Rusiya Federasiyasının ali fəxri mükafatına – "Dostluq” ordeninə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir.

Hörmətli Vladimir Vladimiroviç, fəxri mükafata görə Sizə bir daha səmimi qəlbdən təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....