Logo

Bu il Azərbaycanda parlament seçkiləri olacaq? - Açıqlama

Bu il Azərbaycanda parlament seçkiləri olacaq? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mənə elə gəlir ki, prezidentin sosial sahədə atdığı addımlar bir məqsəd daşıyır - Azərbaycan xalqının rifahını artırmaq”.

Bunu "Yeni Sabah”a açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Azərbaycanda əməkhaqqılarının artırılması ilə bağlı prezidentin qərarının bu il ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə əlaqələndirən şərhçilərə cavab olaraq A. Mollazadə qeyd edib ki, bunun hansısa siyasi kampaniya və seçkilərlə heç bir bağlılığı yoxdur.

"Prezident sosial sahədə islahatları həyata keçirməklə Azərbaycanda peşəkar müəllimlərin təqaüdünü artırmaq, dövlət tərəfindən dəstəyə ehtiyacı olan müəyyən təbəqələrin rifahını qaldırmaq üçün addımlar atır.

Belə fikrin yaranmasına səbəb bəlkə də budur ki, hansısa təbəqələr çox narahatdır ki, gələn il onların seçkiyə təsir etmək imkanları olmayacaq. Ona görə də gündəmə bu fikri gətirirlər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR