Logo

Rusiya səfiri Əliyev, Putin və Ruhani görüşünün anonsunu verdi

Rusiya səfiri Əliyev, Putin və Ruhani görüşünün anonsunu verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşü Rusiyada keçiriləcək.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

O bildirib ki, görüş ilin sonunadək baş tutacaq.

Görüş zamanı tərəflərin dövlətlərarası strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini, dostluq və humanitar əlaqələrin möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, Rusiya, Azərbaycan və İran liderləri arasında ilk görüş 2016-cı ildə Bakıda, ikinci görüş isə 2017-ci ilin noyabrında Tehranda keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR