Logo

Samir Şərifov Azərbaycan-ABŞ münasibətləri və 907-ci düzəliş haqda

Samir Şərifov Azərbaycan-ABŞ münasibətləri və 907-ci düzəliş haqda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası işə başlayıb.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov sonuncu iclasın 7 il bundan əvvəl keçirildiyini xatırladıb.

"İnanıram ki, bundan sonra bu cür tədbirlər mütəmadi keçiriləcək”, - nazir qeyd edib.

S.Şərifovun sözlərinə görə, bu günə qədər ABŞ Azərbaycana 13,3 mlrd. dollar, Azərbaycan isə ABŞ-a 8,2 mlrd. dollar investisiya qoyub. Ötən il ABŞ-ın Azərbaycana ixracının dəyəri 530 mln. dollar, Azərbaycanın ABŞ-a ixracının dəyəri isə 33 mln. dollar təşkil edib.

"Bu rəqəmlər daha yüksək ola bilərdi. İki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan ABŞ-ın Qafqaz regionunda ən böyük tərəfdaşıdır. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində ABŞ Azərbaycana hər zaman dəstək olub. Bu gün ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində verdiyi dəstək əvəzolunmazdır. Bununla belə, iki ölkənin siyasi və iqtisadi əlaqələrinə kölgə salan məsələlər də mövcuddur. Məsələn, 907-ci düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər. Buna və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə ümid edirik”, - deyə nazir qeyd edib.("Report”)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR