Azərbaycan parlamentinin sədri İrana səfərə gedəcək
Kateqoriya məlum deyil
Azərbaycan parlamentinin sədri Oqtay Əsədov İrana səfər edəcək.
Səfər İran tərəfinin dəvəti ilə dekabrın 25-də baş tutacaq.
Qeyd olunur ki, O.Əsədov bir sıra, o cümlədən İran parlamentinin sədri Əli Laricani, Ali Milli Təhlükəsizlik Şurasının katibi, İranın Ali rəhbərinin nümayəndəsi kontr-admiral Əli Şamxani ilə görüşlər keçirəcək.
Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də təhlükəsizlik məsələləri müzakirə olunacaq./Report





