"Sapand daşı ilə nüvə silahına güc gələcəyini düşünən..." - Zahid Oruc
Sfera.az bildirir ki, millət vəkil Zahid Oruc sosial şəbəkə hesabında belə yazıb. O bildirib ki, nə Türkiyə liderlərinin Fələstin dərdi, nə də nüvəsiz İranın etirazları qanlı toqquşmalarda məhv olan insanların faciəsinin qarşısını almır:
"O bildirib ki, ola bilər "Alliluya” sədaları ilə Tanrıdan yəhudi uşaqlarına sülh və əmimanlıq arzulayan afroameriaklı müğənni onların içərisində olduğu qəsrdən on kilometlərə uzaqlıqda sapand daşı ilə nüvə silahına güc gələcəyini düşünən ərəb balalarına heç pislik edilməsini istəmir. Hələ üstəlik, Mossad dünən südəmər körpəni oraya yönəldən və çadra arxasında gizlənən Həmas qruplarının necə ustalıqla antiisrail bürüncəyi geyindiyini də tutarlı sübutlarla ortaya qoyur. Lakin qüvvələr nisbətinin bərabər olmadığı gün kimi aydındır. Alovlu tribunalar siyasətə və mənfəət vuruşmalarına yarayır, daxili istehlaka və hisslərin sümürgənliyinə xidmət edir, amma ölümləri durdurmur. Bir neçə on illik ərzində yəhudi dünyası ilə savaş aparanlar gedib müqəddəs yerlərdə gizlənib və qədim bir torpaqda müharibə ocağını qalamaqdadılar. Halbuki İsrailin bütün islam dünyası ilə düşmən olmaq istədiyini deyənlərin bir çoxu on illər ərzində öz xalqlarını usanmadan istismar edirlər”.
Sfera.az






