Prezidentin etimadını qazanan Vüsal Quliyev kimdir? — DOSYE

Prezidentin etimadını qazanan Vüsal Quliyev kimdir? — DOSYE
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.
İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.

Vüsal Quliyev kimdir?

Vüsal Quliyev 31 dekabr 1982-ci ildə Kürdəmir rayonunda anadan olub.

1989-1999-cu illərə Bakı şəhəri 244 nömrəli məktəbdə orta təhsil, 1999-2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetində hüquq üzrə bakalavr, 2003-2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət hüququ üzrə magistr təhsili alıb. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri” mövzusunda magistr dissertasiyası müdafiə etmiş və hazırda həmin akademiyanın doktorantıdır.

2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "Sense” Proqramının məzunu olub.
2000-2008-ci illərdə "Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin, 2003-2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olub.

2006-cı ildə Niderlandın "Olde Vechte” Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini alıb.
2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilmiş və 3 il müddətində ölkəni bu qurumda təmsil edib.

2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunub.

2010-2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” üzrə işçi qrupunun və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olub.

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilib.

2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel tarixli 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilib, aprelin 22-də Şuranın ilk iclasında sədr müavini seçilib.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...