Logo

Paşinyan Qarabağdan danışdı

Paşinyan Qarabağdan danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müxalifət hakimiyyətə gəlsə belə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü qalacaq.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bunu Yerevandakı etiraz hərəkatının lideri, erməni deputat Nikol Paşinyan mitinqdə etdiyi çıxışda bildirib.

"Ermənistan KTMT tərkibində qalacaq, buna zamin dururam... Bu Ermənistanın milli maraqlarına cavab verir.

Biz bunun üzərində işlər aparacağıq, bu təşkilatın daha effektiv olmasına və Ermənistan və Qarabağın təhlükəsizliyi üçün əlavə zəmanətlər verməsinə nail olmağa çalışacağıq”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, hərəkat Rusiyaya qarşı düşməncəsinə köklənməyib və hakimiyyətə gələcəyi təqdirdə ölkəni qeyri-səmərəli avantüra yoluna sürükləməyəcək.

O, eyni zamanda Ermənistanın Avropa İttifaqı və Avrasiya iqtisadi ittifaqı qarşısında götürdüyü öhdəliklərə sadiq qalacağını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR