Logo

"Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız" - Yeni komitə sədri

"Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız" - Yeni komitə sədri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunan Fuad Muradov yeni vəzifəsi ilə bağlı fikirlərini bölüşüb.

Sfera.az xəbər verir ki, komitə sədri bu barədə özünün "Facebook" hesabında yazıb:

"Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz. Bu yüksək etimada görə cənab prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram. Dünyanın hər bir tərəfindən aldığım təbriklərin sayı sözün yaxşı mənasında məni təəccübləndirdi. Mən əminəm ki, sizin hər birinizinin ürəyi doğma vətənə sevgi ilə döyünür. Xaricdə yaşayan həmvətənlərimiz ilə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram. Əmin olun ki, sizin heç biriniz diqqətdən kənarda qalmayacaqsınız. Bir daha hər birinizə təşəkkür edirəm”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR