Deputat: “Əhali səbrsizliklə cənab İlham Əliyevə səs verməyi gözləyir”

Deputat: “Əhali səbrsizliklə cənab İlham Əliyevə səs verməyi gözləyir”
"Şəhərlərdə olduğu kimi, rayon və kəndlərdə də əhalinin aprelin 11-də keçiriləcək prezident seçkilərinə çox böyük maraq var”.

Sfera.az bildirir ki, bu fikirləri "Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev bildirib. 

S.Hacıyev deyib ki, seçicilərin mütləq əksəriyyəti İlham Əliyevi dəstəkləyir:

"Bəzən yerlərdə cənab İlham Əliyevin təbliğatı ilə bağlı tədbirlər keçirən zaman camaat etiraz edib deyir ki, bizi bura dəvət etməyə nə gərək var, xalq onsuz da İlham Əliyevi dəstəkləyir. Yəni, xalqımız deyir ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan üçün gördüyü işlər onun ən böyük təbliğatıdır. Əhali səbrsizliklə prezident seçkiləri günü gedib səs verməyi gözləyir. Hər zaman əhali ilə görüşəndə bizə deyirlər ki, xalq öz seçimini edib. Bu, cənab İlham Əliyevdir”.

Deputat qeyd edib ki, Azərbaycan əhalisi səbrsizliklə seçki gününün gəlməyini gözləyir:

"Əhali gözləyir ki, seçki günü tez gəlsin, gedib qeydiyyatdan keçib səs versinlər”. 

S.Hacıyev əlavə edib ki, prezident İlham Əliyevin seçkiöncəsi təbliğata ehtiyacı yoxdur:

"Cənab prezidentin seçkiöncəsi təbliğata ehtiyacı yoxdur. O, özü gördüyü işlərlə özünün təbliğatını aparır”.

OXŞAR XƏBƏRLƏR