Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

Siyasət
09:09 / 05.04.2018
2808
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.
Trend-in məlumatına görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni aprelin 6-dək təqdim edilməlidir.
Həmçinin seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi proseduru da aprelin 6-dək başa çatmalıdır.