“Onlar akvariumda fırtına yaratmaq istəyirlər” - Millət vəkili
Kateqoriya məlum deyil
"Avropada yaşayan azərbaycanlıların əksəriyyəti vətənə sevgilərini nümayiş etdirirlər. Lakin onların arasında vətənə xəyanət edənlər də var. Bu gün də biz bu mənfi tendensiyanı müşahidə edirik. Gənclərin bu şəxslərə qoşulmasının qarşısını almaq üçün onlar arasında maarifləndirmə aparılmalıdır. Çünki bu şəxslərin əsas məqsədi ilk növbədə gəncləri özlərinə cəlb etməkdir”.
Bu sözləri bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi" mövzusunda keçirilən dəyirmi masada millət vəkili Musa Quliyev deyib.
M.Quliyev Azərbaycana yönəlmiş bu çirkin çıxışların qarşısını almaq üçün həmrəyliyin vacib olduğunu vurğulayıb:
"Həyatda itirəcəyi bir şeyi olmayan insanlarla mübarizə aparmaq çətindir. Onlar akvariumda fırtına yaratmaq istəyirlər. Bu səbəbdən bu cür çirkin çıxışlara cavab olaraq jurnalistlərlə ziyalılar həmrəy olmalıdır”.
Nigar Məhərrəm
Sfera.az






