Logo

“Exit-Poll” öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticəsi açıqlandı

“Exit-Poll” öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticəsi açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

11 aprel 2018-ci il Prezident seçkiləri ilə bağlı ABŞ-ın "AJF & Associates, inc” təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” tərəfindən təşkil ediləcək "Exzitt-Poll” öncəsi keçirilmiş sosioloji araşdırmaların nəticəsi açıqlanıb.

Öncə "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov çıxış edərək keçirilən sorğunun nəticələrindən danışıb. O bildirib ki, Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent sorğuda iştirak edib:

"Təşkil olunan sorğu nəticəsində respondentlərin 74 faizinin həmişə seçkilərdə səsverməyə qatıldığı bəlli olub. Respondentlərin 10 faizi isə (150 nəfər) ilk dəfə olaraq seçkilərdə səsverəcəklərini bildiriblər. 62,5 faiz Azərbaycan iqtisadiyyatının güclü olduğunu, 65 faizi Azərbaycanda söz azadlığının qorunduğunu, 63.6 faizi prezident İlham Əliyev tərəfindən terror təhlükələrinin qarşısının alındığını bildirib. Sorğuda iştirak edənlərin 58.7 faizi iqtisadiyyatın daha da təkminləşdiyini, 61 faizi miqrant böhranının Azərbaycana keçməsinin qarşısının alındığını bildirib”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR