Deputat Türkiyədə Xocalı ilə bağlı tədbiri yarımçıq tərk etdi
Siyasət
16:25 / 27.02.2018
3223
Milli Məclisin deputatı Sona Əliyeva Türkiyədə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbirini yarımçıq tərk edib.
Sfera.az xəbər verir ki, hadisə Kocaeli şəhərinin Körfez rayonunda Xocalı soyqırımının anım tədbirində baş verib.
Həmin tədbirdə ilk çıxış üçün söz Qarabağ əlilinə verildiyi üçün millət vəkili Sona Əliyeva buna narazılıq edib və zalı incik tərk edib.
Xanım millət vəkilinin bu hərəkəti tədbir iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, fevralın 26-da Türkiyənin Körfez rayonunda Xocalı soyqırımı abidəsi və parkı açılıb. Açılış mərasiminə Milli Məclisin deputatları - Qənirə Paşayeva və Sona Əliyeva ilə yanaşı, digər şəxslər də qatılıb.
Lətif Əhmədov