Logo

Moskvanın “suriyalı marionetkası” ilə Ankaranın nəbzini yoxlamaq cəhdi – “Ərdoğan qorxmadı”

Moskvanın “suriyalı marionetkası” ilə Ankaranın nəbzini yoxlamaq cəhdi – “Ərdoğan qorxmadı”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bəşər Əsəd Moskvanın marionetkasıdır. Bunun bariz nümunəsini Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik”.

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Putinin təyyarəsi Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Suriya prezidenti Bəşər Əsədi həmin bazaya gəlib onu qarşılamağa məcbur oldu:

Moskvanın “suriyalı marionetkası” ilə Ankaranın nəbzini yoxlamaq cəhdi – “Ərdoğan qorxmadı”

"Digər yandan, Putin mikrafona yaxınlaşıb həbrçilərini salamlayarkən rusiyalı adi zabit Suriya prezidentinin qolundan tutaraq Putindən aralı dayanmağı əmr etdi. Başqa sözlə, Afrində kürdləri Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı dərin dövlətə aiddir. Kreml bununla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov son açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığa gəlməlidirlər. Ərdoğan qorxmadı, onun "Afrində Bəşər Əsədin qüvvələri olsa belə şəhərə daxil olacağıq”, deməsi Kremli Əsədə "stop” əmri verməsiylə nəticələndi. Afrinə daxil olmaq istəyən Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər. Türkiyə bu bölgəyə uzun müddətə gəlib”.

Mənsur Rəğbətoğlu

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR