İranlı nazirin Azərbaycana rəsmi səfəri başladı
Kateqoriya məlum deyil
İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana rəsmi səfərə gəlib.
İranın Azərbaycandakı səfirliyindən Sfera.az-a verilən məlumata görə, səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşləri nəzərdə tutulur.
Səfər fevralın 22-dək davam edəcək.






