Baba Rzayev prezident seçkilərinə görə xüsusi müşavirə keçirdi
Sfera.az bildirir ki, iclası giriş sözü ilə açan "Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, qarşıda bizi çox məsuliyyətli bir iş gözləyir. Seçki dövrünü uğurla başa vurmaq üçün "Seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlər haqqında” 19.02.2018-ci il tarixli Əmr imzalanıb. Bütün seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin olunması üçün müvafiq göstərişlər verilib.
Cəmiyyətin Sədri 2018-ci il aprel ayının 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqlarını verib.






