Logo

MSK katibi: “Azərbaycanda seçicilərin sayı 28 344 nəfər artıb”

MSK katibi: “Azərbaycanda seçicilərin sayı 28 344 nəfər artıb”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında seçicilərin daimi siyahısının tətbiqinə dair məsələyə baxılıb.

Sfera.az xəbər verir ki, məsələ barədə MSK katibi Natiq Məmmədov məlumat verib.

Daha sonra N.Məmmədov seçici siyahısının dəqiqləşməsində yerli icra və bələdiyyə orqanlarının, o cümlədən polis orqanlarının iştirak etdiyini bildirib:

"Hər il seçki siyahıları yanvardan başlayaraq mayın sonuna qədər dəqiqləşdirilir. Məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması səsvermə gününə azı 35 gün qalanadək başa çatmalıdır. Seçki Məcəlləsinə əsasən isə  Seçkilər aprelin 11-ə təyin olunub və MSK-nın seçici siyahılarının tətbiqi müddətini qısalda bilər. MSK seçki komissiyaların fəaliyyətini sürətləndirə bilər. Martın 3-ə qədər seçici siyahıları dəqiqləşdirilərək tərtib edilə və ictimaiyyətə açıqlana bilər”. MSK katibi qeyd edib ki, ötən illə müqayisədə seçicilərin sayı 28 344 nəfər artıb.

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR