Logo

ATƏT DTİHB-nin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir

ATƏT DTİHB-nin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasının göndərilməsi ilə bağlı qərar verib.

Bürodan Sfera.az-a verilən məlumata görə, missiya fevralın 21-22-də Bakıda olacaq.

Ehtiyacların qiymətləndirilməsi missiyasına 4 nəfər daxil olacaq.

Onlardan 3-ü ATƏT DTİHB-nin eksperti, biri isə ATƏT PA katibliyinin üzvüdür.

Missiya informasiyalar toplayacaq və prezident seçkilərinin müşahidə edilməsi üçün missiyanın göndərilib-göndərilməyəcəyi və göndərilərsə, onun formatına dair tövsiyələr hazırlayacaq.

Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR