Norvruz Məmmədov: "Onun yeri dəlixanadır"
"Hesab edirəm ki, Nevzorov adam olmadığını heç vaxt dərk etməyəcək, o adam deyil, sadəcə anomal varlıqdır, feyk "human being”dir. O qədər anomaldır ki, yaratmağa çalışdığı hər şey cəmi 600 saniyədən sonra ölür. Yaxşı olardı ki, gedib "dəlixanada” yaradıcılıqla məşğul olsun. Orada onu başa düşəcəklər”-Novruz Məmmədov özünün Tvitter bloqunda yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, "həmin Nervozov” hansı "xidmətlərin” əvəzində kimin qabağında quyruq bulamaq lazım olduğunu bilir.
Xatırladaq ki, "Exo Moskva” radiostansiyasının "Nevzorovskiye sredı” proqramında A.Nevzorov Azərbaycan prezidentinin ünvanına təhqiramiz fikirlər işlədib. Bu, Azərbaycan liderinin azərbaycanlıların öz tarixi torpaqlarına-İrəvana, Zəngəzura qayıdacaqları barədə çıxışının müzakirəsi zamanı baş verib.(Virtualaz.org)







