Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü

Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü
Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç ilə görüşüb.

 

Sfera.az bildirir ki, görüşdə prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirakına və tədbirdə dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirib.

 

Dövlət başçısı vurğulayıb ki, bu toplantı "Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında yeni mərhələdir. Azərbaycan prezidenti Cənub Qaz Dəhlizinin icrasına verdiyi dəstəyə görə Maroş Şefçoviçə və eləcə də Avropa İnvestisiya Bankına layihənin maliyyələşməsində dəstəyi ilə əlaqədar minnətdarlığını ifadə edib.

 

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bu iclasda və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən əvvəlki iclaslarda iştirakından məmnunluğunu bildirib. Maroş Şefçoviç layihənin icrasında böyük inkişafın olduğunu deyib.


OXŞAR XƏBƏRLƏR

“2025-ci ildə neftə tələb artacaq” - İEA

Beynəlxalq Enerji Agentliyi (İEA) bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,96 milyon barelə çatacağını proqnozlaşdırıb. ...

Növbəti iki gündə yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Bəzi rayonlarda növbəti iki gündə yağış və qar yağacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. &...

Sumqayıtda 16 yaşlı yeniyetmə qətlə yetirildi

Sumqayıt şəhərində 16 yaşlı yeniyetmə qətlə yetirilib.   Sfera.az-ın məlumatına görə, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.   2008-c...

Sabah bu rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ!

Sabah Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəri...

Azərbaycanda bu şəxslərə subsidiya veriləcək - QƏRAR

Azərbaycanda radio yayımçılarına subsidiya veriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın (AŞ) hesabatında bildirilib.  ...

Ödənişləri kartdan-karta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Budəfəki məsələ uşaq bağçalarında ödənişlərin qeyri-rəsmi yollar...