Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
Siyasət
18:58 / 14.02.2018
863
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib.
Sfera.az azertac-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".