“Vitse-prezident seçki yolu ilə seçilsin”- Deputatdan təklif

“Vitse-prezident seçki yolu ilə seçilsin”- Deputatdan təklif
 "Azərbaycanda dövlət idarəçilik sistemi dünyanın qabaqcıl təcrübəsi və ictimai-siyasi proseslərin evolyusiyası nəticəsində təkmilləşməkdə davam edir”.

Sfera.az xəbər verir ki, deputat Zahid Oruc bu fikirləri Musavat.com-a açıqlaması zamanı bildirib. Z.Orucun sözlərinə görə, iki il əvvəl vitse-prezidentlik institutunun Ana qanunumuzda əksini tapması əlamətdar hadisə olub: "Həmçinin bu, təkcə ali icra oqranlarını gücləndirmədi, eləcə də bütün hakimiyyət qolları arasında sağlam münasibətlərə, dayanıqlı və effektli əməkdaşlığa səbəb oldu. Eyni zamanda, ölkənin Birinci şəxsinin genişmiqyaslı fəaliyyətini tamamlayan vitse-prezidentlik təsisatı xalqın mənafeyi naminə mədəni, humanitar və siyasi çalışmalarına daha ünvanlı xarakter verdi, dövlət-vətəndaş əlaqələrini çevik əsaslarla formalaşdırmağa dair açılmış yeni imkanları və vətəndaşların gözləntilərini yüksək səviyyədə doğrultdu. Ona görə də Ulu öndər Heydər Əliyevin siyasi məktəbində formalaşan, Azərbaycan xanımının obrazını dünyaya çox uğurla təqdim edən və şərq qadınını yeni zirvələrə qaldıran Mehriban Əliyevanın 1-ci vitse-prezidentliyə təyinatı hər kəs tərəfindən rəğbətlə qarşılandı, mənəvi və hüquqi baxımından haqlı addım kimi qiymətləndirdi. Başlıca olaraq, hər bir situasiyaya və böhranlı şəraitlərə adekvat, dövlətin təhlükəsiz gələcəyinin təminatı naminə vitse-prezidentin səlahiyyətləri ilə bağlı konstitusiyada dəqiq prinsiplər müəyyənləşdirildi və hər hansı hüquqi qeyri-müəyyənliyə yer qalmadı. Nəticədə, onsuz da güclü olan prezident hakimiyyəti daha da möhkəmləndi, sabitliyə və davamlı inkişafa yeni impulslar qatıldı”.

Z.Oruc dünya təcrübəsinə də toxundu: "Dünyaya Birləşmiş Ştatların qurucu ataları tərəfindən bəxş edilən vitse-prezidentlik institutu Avropa ölkələrindən İsveçrə və Bolqarıstanda, Asiyada İranda və digər qitələrdə uğurla çalışan təsisata çevrilib. Bununla yanaşı, Amerika dövlət qurucuları yeganə olaraq, prezident və vitse-prezident vəzifələrini birgə şəkildə ümumxalq səsverməsinə çıxarır, eyni müddət üzrə hər iki şəxsə etimad votumunu göstərməyə çalışırlar. Görünür, Birləşmiş Ştatların həyatında son dərəcə taleyüklü anlarda həm də ikinci şəxs dövlətçilik sınağından və ya siyasi böhranlardan çıxmaqda müstəsna rol oynayır”.

Deputat səsləndirdiyi fikirlərin məntiqi davamı olaraq orijinal bir təklif irəli sürdü: "Azərbaycan Respublikasının Konstitusiyası fərqli hüquq fəlsəfəsi üzərində qurulsa da ümidvaram ki, dövlət quruculuğu fikri gələcəkdə prezidentə ikinci şəxslə birgə ümumxalq seçiminə çıxmaq zərurətini meydana çıxaracaqdır. Hər bir halda ictimai münasibətlərin xarakteri daim dəyişir. Həyatda durğun heç nə yoxdur. Dövlət də canlı orqanizmdir. Belə olan təqdirdə, ümumxalq mənafelərini təmin etmək və bir daha hərbi-siyasi dayanıqlığa nail olmaq, təhlükəsizliyi dönməz etmək üçün respublika idarəçilik formasının daim təkmilləşdirməyə ehtiyac olacaq”.

OXŞAR XƏBƏRLƏR

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...