Prezident həmsədrlərlə razılığa gəldi: seçkidən sonra nələr olacaq?

Prezident həmsədrlərlə razılığa gəldi: seçkidən sonra nələr olacaq?
 Azərbaycana səfər əsnasında prezident İlham Əliyevtərəfindən qəbul edilən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrin detalları məlum olub. 

Sfera.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.

Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.

İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir.

Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.   

OXŞAR XƏBƏRLƏR

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....