Azərbaycanda ilk dəfə xarici şəxslər üçün alıcı missiyaları təşkil ediləcək - FƏRMAN
Sfera.az məlumatına görə, fərmana əsasən Azərbaycanın iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri İqtisadiyyat Nazirliyi müəyyən edəcək və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirəcək.
Fərmanda bildirilib ki, hər alıcı missiyasının müddəti 6 gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər.
Bundan başqa, qaydalara görə, təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən çox ola bilməz.
Fərmana görə, alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri İqtisadiyyat Nazirliyi təmin etməlidir






