Logo

İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezident İlham Əliyev "Ağdam rayonunun Əfətli–Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncamla beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR