Logo

İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 749) ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

7. Hasilat sənayesində şəffaflığın artırılması

7.1.

Beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi

Həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat

İcraçı: Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya

2017-2018

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR