Dinamik inkişaf təmin edilib - Prezident
Bu ilin doqquz ayında ölkəmiz uğurla və hərtərəfli inkişaf edib, bütün sahələrdə dinamik inkişaf təmin edilib.
Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib:
"Bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük. İqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir. 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir”.
Sfera.az






