Logo

Minsk Qrupunun həmsədrləri Bakıya gəldi

Minsk Qrupunun həmsədrləri Bakıya gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Bakıya gəliblər.

Sfera.az xəbər verir ki, həmsədrlər Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəklər.

Qeyd edək ki, dünən həmsədrlər Ermənistanda olublar. Onlar burada Ermənistan Prezidenti Serj Sərkisyanla görüşüblər. Görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələləri olub.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR