Logo

Bu türkiyəlilər haqda bakının həbs qərarı… - İlhan Esen

Bu türkiyəlilər haqda bakının həbs qərarı… - İlhan Esen
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dağlıq Qarabağ Ermənistan tərəfindən qanunsuz və haqsız olaraq işğal edilmiş qardaş Azərbaycan torpağıdır. Ora səyahət edə bilmək üçün mütləq Azərbaycanın razılığının olması şərtdir.

Bu sözləri Skandinaviya Türk Federasiyasının başqanı İlhan Esen bildirib.

Federasiya rəhbəri qeyd edib ki, Azərbaycanın razılığı olmadan ermənilərin qanunsuz nəzarəti altında olan torpaqlara səyahət etmək, ermənilərlə iş birliyində olmaq qardaş Azərbaycanın, Türkiyənin milli siyasəti və milli maraqlarının əleyhinə çıxmaq deməkdir:

"Azərbaycan bu şəxslər haqqında həbs qərarı çıxarmaqda tamamilə haqlıdır. Türkiyə də dərhal bu şəxslərin cəzalandırılmasını həyata keçirməli və qardaş Azərbaycana olan dəstəyin səmimi olduğunu göstərməliyik. Biz federasiya olaraq işğalçı ermənilərin nəzarəti altında olan Qarabağa Azərbaycanın icazəsi olmadan gedənləri sərt şəkildə qınayırıq. Bu hərəkətlərini vətənə xəyanət olaraq bəyan edirik”, - İ.Esen söyləyib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR