Logo

BMT-dən Əliyev-Sərkisyan görüşü ilə bağlı – Açıqlama

BMT-dən Əliyev-Sərkisyan görüşü ilə bağlı – Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sərkisyan arasında keçiriləcək planlaşdırılmış görüş 2 ölkəyə Qarabağ konflikti ilə bağlı kompromis həll yolu tapmağa kömək edəcək.

Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərin suallarına cavab verərkən bildirib.

Düjarrik BMT-nin Baş katibi Antonio Quterreşin BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışladığını qeyd edib.

"BMT-nin Baş katibi gərginliyi azaltmaq və danışıqlar prosesini canlandırmaq üçün həmsədrlərin səylərini dəstəkləyir”, - Düjarrik deyib.

Düjarrik həmçinin BMT-nin prezidentlərin görüşünün inamın güclənməsinə fayda verəcəyinə və tərəflərin siyasi iradəsinin gücləndirilməsi ilə həll edilməmiş məsələlərə dair sülh və kompromis həll yolu tapılmasına kömək edəcəyinə ümid etdiyini söyləyib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR