Logo

Oqtay Əsədov Türkmənistan parlamentində

Oqtay Əsədov Türkmənistan parlamentində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin sədri Oqtay Əsədov Türkmənistan Məclisində (parlamentdə) danışıqlar aparıb.

Görüş zamanı tərəflər iki dövlətin prioritet istiqamətləri və parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tərəflər bildiriblər ki, qardaş xalqların çoxəsrlik mehriban qonşuluq ənənələri, oxşar tarixi və mənəvi irsi iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın fəallaşmasına kömək edir.

Azərbaycan parlamentinin rəhbəri Türkmənistan Məclisinin əsas funksiyaları və vəzifələri, onun tərkibi və fəaliyyət istiqamətləri ilə tanış olub.

Qeyd edək ki, O.Əsədov Aşqabada V Asiya Oyunlarının açılışında iştirak etmək üçün gedib. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR