Logo

XİN başçılarının üçtərəfli görüşü başladı

XİN başçılarının üçtərəfli görüşü başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısına start verilib.

Sfera.az xəbər verir ki, Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında media üçün qapalı keçirilən üçtərəfli görüşdə siyasi, iqtisadi və digər sahələrdə məsələlər müzakirə olunacaq. Görüş zamanı regional, beynəlxalq məsələlərin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi nəzərdə tutulub.

Görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarların nəzərdən keçirilməsi, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələlərinin müzakirə olunması və sonda "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı”nın imzalanması gözlənilir.

Görüşdən sonra hər üç nazir birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR