Logo

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İraq və Azərbaycan neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan təbii qazının Türkiyə ərazisindən tranzitlə İraq bazarına tədarükü perspektivləri ilə bağlı danışıqlar aparıblar.

Sfera.az İraqın Neft Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar İraqın neft nazirinin qaz məsələləri üzrə müavini İzzət Sabir İsmayıl ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qəhrəmanov arasında keçirilən görüşdə baş tutub.

Görüş çərçivəsində tərəflər perspektivli tərəfdaşlıq və investisiya istiqamətlərini, eləcə də neft-qaz sektorunun inkişafı və ikitərəfli əlaqələrin dərinləşdirilməsi məqsədilə təcrübə mübadiləsi məsələlərini nəzərdən keçiriblər.

İ.İsmayıl nazirliyin nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndirməyə, qaz sektorunun inkişafı, daxili hasilatın artırılması və səmt qazından daha səmərəli istifadə üzrə planların həyata keçirilməsi üçün onların texniki və texnoloji potensialından yararlanmağa hazır olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan təbii qazının Türkiyə üzərindən tranzitlə İraqa nəqli imkanları müzakirə olunub. Həmçinin qaz təchizatı mənbələrinin şaxələndirilməsi və enerji sisteminin dayanıqlığının artırılması istiqamətində səylər kontekstində bu layihənin texniki və logistika aspektləri, eləcə də mövcud icra variantları təhlil edilib.

Tərəflər potensial əməkdaşlıq istiqamətlərinin və təklif olunan layihələrin işlənib hazırlanması məqsədilə koordinasiya və məsləhətləşmələri davam etdirmək, həmçinin texniki görüşləri intensivləşdirmək barədə razılığa gəliblər. Bildirilib ki, bu, enerji sahəsində tərəfdaşlıq üçün yeni imkanlar yaradacaq və İraqın enerji infrastrukturunu gücləndirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR