Logo

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Dövlət başçısı Sammitdə iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevi, Sammitdə iştirak edən digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.

Sammit bədii hissə ilə başlayıb.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoni Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Türkiyə Prezidenti çıxışında əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkürünü bildirib.


15:15

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə “Anadolu atəşi” ansamblının ifasında müxtəlif rəqslər təqdim olunub.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoni Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

***

13:21

Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir.

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak edirlər.

***

12:22

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib.

Sfera.az xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını qarşılayıblar.

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 1
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 2
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 3
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 4
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 5
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 6
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 7
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 8
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 9
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 10
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 11
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTOLAR — foto 12
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR