Logo

Zelenskinin açıqlaması Kiyevə baha başa gələ bilər

Zelenskinin açıqlaması Kiyevə baha başa gələ bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kiprdən olan jurnalist Aleks Xristoforu Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-nin müdafiə naziri Pit Heqsetin ünvanına səsləndirdiyi fikirləri şərh edib.

Sfera.az xəbər verir ki, jurnalist bu barədə özünün “YouTube” kanalında yayımlanan proqramında danışıb.

Xristoforunun sözlərinə görə, Zelenskinin Heqsetə qarşı sərt ifadələr işlətməsi ABŞ-nin Ukraynaya hərbi dəstəyinin dayandırılması ilə nəticələnə bilər.

O bildirib ki, Heqset Ukraynaya “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü təsdiqləməkdən imtina edə bilər.

Xatırladaq ki, Zelenski bundan əvvəl Heqsetin təxminən bir aydır Ukraynaya raket tədarükünü təsdiqləmədiyini bildirib. Ukrayna lideri Finlandiyaya səfəri zamanı Kiyevin Avropa tərəfdaşları ilə müvafiq razılaşmalarının olduğunu, lakin tədarüklərin Vaşinqtondan asılı qaldığını qeyd edib.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Yevgeni Xmara daha əvvəl Qərb ölkələrini hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının 10 faizini Kiyevə verməyə çağırıb. Söhbət “Patriot” və IRIS-T sistemləri üçün raketlərdən gedir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR