Logo

Səfir: Bakı Ankaraya bu məsələdə ən yüksək dəstək verdi

Səfir: Bakı Ankaraya bu məsələdə ən yüksək dəstək verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

FETÖ ilə mübarizədə Azərbaycan Türkiyəyə dəstək verən ölkələrin başında dayanır. Təəssüf ki, bəzi ölkələr FETÖ-ya qucaq açır. Terrorçuları qoruyanlar anlamır ki, qoruduqları bir gün onları da zəhərləyən ilana, şeytana çevriləcək. Ötən il iyulun 15-də hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəmizə dəstək verənlərdən biri cənab İlham Əliyev oldu. Azərbaycan prezidentinə və xalqına bu dəstəyə görə təşəkkürümüzü bildiririk.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral FETÖ terror təşkilatının ötən il iyulun 15-də hərbi çevrilişə cəhd etməsinin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

"Bu gün FETÖ təhlükəsinin bitdiyini söyləmək mümkün deyil. FETÖ-nün kökü qazılıb atılana qədər onlarla mübarizə aparılacaq. FETÖ ilə mübarizə çərçivəsində 130 min nəfər saxlanılıb, 45 min nəfər isə həbs edilib. Baş vermiş xain hadisə zamanı 250 nəfər şəhid olub, 2 mindən çox insan yaralanıb”, - səfir qeyd edib.

Onun sözlərinə görə, şəhid olanlardan biri Azərbaycanda yaşayırdı, onun həyat yoldaşı azərbaycanlı idi:

"Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Həmin gecə insanlar tankların önündə yataraq sinəsini vətən uğrunda sipər etdi. Türk xalqı iyulun 15-i dünyaya örnək göstərdi, demokratiya dərsi keçdi. Təəssüf ki, bəziləri özünü peyğəmbər elan edən Pensilvaniyadakı liderlərinin əmrini icra edərək onun robotuna, quluna çevrildi. O cür insanlar cəmiyyətdən təmizlənməlidir. Onlara insan demək mümkün deyil. Çünki onlar insanlıq düşməni, vicdan duyğusu olmayanlardır”.

Diplomat FETÖ ilə mübarizə çərçivəsində Türkiyənin zəifləmədiyini, əksinə iqtisadiyyatının daha da gücləndiyini qeyd edib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR