Logo

XİN-dən nazirlərin görüşü haqda - Açıqlama

XİN-dən nazirlərin görüşü haqda - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il iyulun 11-də Brüsseldə keçirilmiş görüşü ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

XİN rəsmisinin Sfera.az-a verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib:

"Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb.
Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirmişdir ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsdərlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb".

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR