Logo

Ermənistan parlamenti Tramp marşrutu ilə bağlı saziş ratifikasiyanı təsdiqlədi

Ermənistan parlamenti Tramp marşrutu ilə bağlı saziş ratifikasiyanı təsdiqlədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası ABŞ ilə strateji tərəfdaşlıq çərçivəsində imzalanan və “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsini əhatə edən sazişin ratifikasiyası barədə layihəni təsdiqləyib.

Sfera.az xəbər verir ki, komissiya məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. İclas parlamentin rəsmi “YouTube” kanalında canlı yayımlanıb.

Sazişin ratifikasiyası ilə bağlı layihənin lehinə komissiyanın 4 üzvü səs verib, 1 deputat əleyhinə çıxıb, daha 1 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında sülhün təmin olunması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı birgə bəyannamə imzalayıblar.

Həmin layihə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlandırılıb.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR