Logo

Leyla Əliyeva Səmərqənddə açılış mərasimində

Leyla Əliyeva Səmərqənddə açılış mərasimində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib.

Sfera.az xəbər verir ki, açılış mərasimindən əvvəl Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və digər iştirakçıları qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, oktyabrın 21–22-də keçiriləcək tədbirlərə 100-dən çox ölkənin nümayəndələri qatılıb.

Sammit Özbəkistanın təşəbbüsü ilə BMT Baş katibinin uşaqlara qarşı zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı ilə birgə təşkil olunub.

Sammitin yekununda Səmərqənd Bəyannaməsinin qəbul olunması gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR