Lukaşenko: "Zelenski ABŞ-dən və Trampdan asılı vəziyyətə düşüb"

Lukaşenko: "Zelenski ABŞ-dən və Trampdan asılı vəziyyətə düşüb"
Kateqoriya məlum deyil
T

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-dən və Prezident Donald Trampdan asılı vəziyyətə düşdüyünü bildirib.


Sfera.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.


Lukaşenkonun sözlərinə görə, ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla və silah tədarükünü məhdudlaşdırmaqla Kiyevə təsir göstərə bilər.


“Tramp niyə göstəriş verir? Çünki Zelenski ABŞ-dən və Trampın özündən asılı vəziyyətə düşüb. Tramp bunu etməsə belə, əvvəlcə Ukraynaya kəşfiyyat məlumatları verilməyəcək, sonra isə ona silah göndərilməyəcək. Halbuki Ukraynanın bunlara böyük ehtiyacı var”, - Lukaşenko bildirib.


Belarus lideri vurğulayıb ki, xüsusilə böyük dövlətlərdən asılı vəziyyətə düşmək olmaz. Onun fikrincə, ölkələr güclü dövlətlərlə dostluq münasibətlərini qorumaqla yanaşı, qarşı tərəfin də bu əməkdaşlıqda maraqlı olmasını təmin etməlidirlər.


“Biz Rusiya ilə dostuq və Rusiyanın Belarusda dəyər görməsi üçün əlimizdən gələni edirik. Əks halda, niyə belaruslarla və Belarusla dostluq etsinlər? Onlar bu münasibətlərdə özləri üçün dəyər görməlidirlər. Eyni şey Ukraynaya da aiddir. Bu məsələdə səy göstərməli və həmin ölkələrdən asılı vəziyyətə düşməməliyik”, – Lukaşenko qeyd edib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR