BƏƏ rəsmisi İran ətrafındakı münaqişənin bitəcəyi vaxtı açıqladı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının Müdafiə, Daxili İşlər və Xarici İşlər Komitəsinin sədri Əli Rəşid Əl-Nuaimi ABŞ, İsrail və İran arasında davam edən silahlı münaqişənin 2026-cı ilin sonuna qədər başa çata biləcəyini bildirib.
Sfera.az xəbər verir ki, Əl-Nuaiminin sözlərinə görə, mövcud qarşıdurmanın uzun illər davam edən müharibəyə çevrilməsi qaçılmaz deyil. O, münaqişənin taleyinin böyük ölçüdə İran rəhbərliyinin atacağı addımlardan asılı olacağını vurğulayıb.
Bununla belə, Əl-Nuaimi qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalını da istisna etməyib. Onun fikirləri “Khaleej Times” qəzetində dərc olunub.
BƏƏ rəsmisi ölkəsinin ərazisini qorumaq üçün zəruri olan bütün addımları atmağa hazır olduğunu da qeyd edib. O, həmçinin Əbu-Dabi ilə Tehran arasında münasibətlərin normallaşması üçün İranın yalnız əlaqələri bərpa etməklə kifayətlənməməli, konkret təşəbbüslərlə çıxış etməli olduğunu bildirib.
Bəsti Rəfizadə
Sfera.az






