Logo

Bu ölkə başçısı İlham Əliyevə məktub göndərdi

Bu ölkə başçısı İlham Əliyevə məktub göndərdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Burundi Respublikasının Prezidenti Pyer Nkurunziza Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Zatı-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Burundi xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərini daim möhkəmləndirmək üçün Sizinlə birgə çalışmaq əzmində olduğumuzu bir daha təsdiq etmək istərdik.

Bir daha Sizə dostluq və qardaşlıq salamlarımızı çatdıraraq, Zati-alinizdən ən yüksək ehtiramımızı qəbul etməyi xahiş edirik", - təbrikdə qeyd edilir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR